5ad03961-2aa6-4891-9221-d63b4807b1e6..jpg

Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlunun ödənişli parkinqlə bağlı şikayətinə RƏSMİ CAVAB + VİDEO

Baxış sayı: 685 dəfə baxılıb.

Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlunun ödənişli parkinqlə bağlı şikayətinə
RƏSMİ CAVAB + VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu Azərbaycan Milli Konservatoriyasının
önündəkiödənişli parkinq dən şikayətlənib.
Sənətçi qeyd edib ki, belə qərarlar verəndə tələbələri də nəzərə almaq lazımdır.

Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib
ki, qanunvericiliyə əsasən, ödənişli parklanma ilə bağlı təhsil müəssisələrinə
münasibətdə və digər hallarda imtiyazlar nəzərdə tutulmayıb:

“Təşkil edilmiş parklanma yerindən hər iki istiqamətdə yolun hər iki kənarı
boyu 100 metr məsafədə yerləşən ev və ya binalarda qeydiyyatı olan sakinlər
fərdi parklanma talonu alaraq avtomobillərini onlar üçün ayrılan yerdə
ödənişsiz saxlaya bilərlər. Eyni zamanda bu imkanlardan yararlanmaq üçün xarici
vətəndaşlar da müvəqqəti qeydiyyat ünvanı üzrə müraciət etmək hüququna
malikdirlər”.

Qeyd edək ki, musiqiçi şikayətini bu cümlələrlə ifadə etmişdi: “Burada
tələbələr təhsil alır, biri qazanır, biri yox. 6-7 saat dərsdə oluruq.
Məşqlərimiz olur, imtahana hazırlaşırıq. Hamı o pulu ödəyə bilmir. Bir saat
üçün ödəmək olar, amma 8-9 saat burada dərsdə olan tələbələr var. Çox xahiş
edirəm ki, bu məsələni kökündən həll edəsiniz”.

Source link