3704e939-0a8d-45dc-bb75-4625ddc2aa94..jpg

Kliniki ölüm keçirdi, on beş yaşlı gənci ölümdən xilas etdi – Oksana Rəsulovanın ən böyük sirri nədir? – FOTO

Baxış sayı: 1. 109 dəfə baxılıb.

Kliniki ölüm keçirdi, on beş yaşlı gənci ölümdən xilas etdi – Oksana
Rəsulovanın ən böyük sirri nədir? – FOTO

Kulis.az rəqqasə, aktrisa Oksana Rəsulova haqqında maraqlı faktları təqdim
edib.

Oksana Rəsulova 19 dekabr 1982-ci ildə Əli Bayramlı şəhərində ziyalı ailəsində
dünyaya gəlib. 3 yaşı olanda Oksana möhkəm xəstələnir, qonşudakı tibb bacısı
ona antibiotik vurur. Bir az keçməmiş, Oksananın vəziyyəti pisləşir, ağzından
köpük gəlir və kliniki ölüm keçirir. Həkimlərin səyi nəticəsində o, yeddi
saatdan sonra həyata qayıdır. Sonralar Oksana heç yerdə həmin dərmanın adını
heç kimə demir, bunu sirr kimi saxlayır. Çünki həmin dərman ona təkrar nə zaman
tətbiq edilsə, o, yenidən kliniki ölüm keçirə bilər.

Uşaqlıqdan hind rəqslərinə böyük həvəsi Oksanada, bu həvəsi hind filmlərinin
pərəstişkarı olan xalası yaradır. Sonralar ailəsi ilə birlikdə Rusiyaya köçən
Oksana uzun müddət Rusiya Federasiyasında yaşayıb. Rəqs təhsilini burada da
davam etdirir və Uşaq Xareoqrafiya məktəbinə daxil olur. Rəqslə paralel olaraq,
orta təhsilini də davam etdirən Oksana aktyorluq sahəsinə maraq göstərsə də,
atasının ciddi etirazı səbəbi ilə Tibb Universitetinə daxil olur. O,
ginekologiya, daha sonra isə dəri-zöhrəvi fakültələri üzrə təhsil alır.
Universiteti əla qiymətlərlə başa vurur.

İki il ixtisası üzrə işləyir, lakin gələcəyini rəqssiz təsəvvür etməyən Oksana
həkimlik fəaliyyətini dayandıraraq hind rəqsləri ilə daha ciddi məşğul olmağa
başlayır. Səylə çalışmağı onu beynəlxalq müsabiqələrə qədər gətirib çıxarır.
1999-2000-ci illərdə keçirilən müsabiqələrdə 2-ci və 3-cü yerlərə layiq görülsə
də, 2008-ci ildə nəhayət qalib seçilir. 2006-cı ildə Sankt-Peterburq şəhərində
keçirilən “Beynəlxalq Hind rəqsləri” müsabiqəsində 2-ci dərəcəli laureat adını
qazanıb. Elə həmin illərdə vətənə qayıdan rəqqasə, bir il sonra Rusiyada
keçirilən beynəlxalq müsabiqədə bu dəfə Azərbaycanı təmsil edir və yenə də
qalib olur. Öz üzərində dayanmadan çalışan Oksana 2001-ci ildə yaratdığı
“Çandra Mukxi” rəqs qrupunu yenidən bərpa edir və müəllimlik fəaliyyətini davam
etdirir.

Aparıcı həyatı boyunca çox səhvlər etdiyini, valideynlərinə əziyyət verdiyini
etiraf edib. Ancaq onun etdiyi səhvlərə baxmayaraq, Oksananın valideynləri onu
hər zaman dəstəkləyiblər.

Oksana Rəsulova 3 dəfə ailə həyatı qurub. Birinci həyat yoldaşından ayrılan
aktrisa ikinci dəfə reper Elşad Xose ilə ailə qurub. Ancaq Elşadla
münasibətləri heç zaman ürəkaçan olmayıb. Belə ki, reper Oksanını döyüb, buna
görə məhkəməyə belə verilib. Cütlük ayrılandan sonra Oksana üçüncü dəfə aktyor,
aparıcı Şəhriyar Əbilovla ailə qurub. Bu izdivacdan onların Osman adlı
övladları dünyaya gəlir. Ancaq bir müddət sonra Oksana Şəhriyardan da ayrılaraq
həyatına oğlu ilə birgə davam edir. Bütün hallarda media Elşad Xose və Oksana
Rəsulova sevgisi ilə hər zaman yaxından maraqlanıb. Hər iki məşhura bu barədə
müxtəlif suallar ünvanlayıb. Verilişlərin birində ona Elşad Xose haqqında sual
verəndə, Oksana deyir:

“Yeddi il o adamla birlikdə olmuşam. Sevgi olub yoxsa olmayıb bilmirəm. Amma
hər şey bitib. Bizim aramızda bundan sonra heç nə ola bilməz. Mən Elşaddan
ayrılandan sonra iki il sarsıntı keçirmişəm, depressiyaya düşmüşəm, psixoloji
müalicə almışam. Onunla bağlı hər şey mənim üçün bitib”.

Oksana 3 yaşında keçirdiyi kliniki ölümdən sonra üç dəfə də ölüm təhlükəsi
yaşayıb. Bir dəfə ağır yol qəzası keçirib. İki dəfə isə film çəkilişi zamanı.
Film çəkilişi vaxtı dənizə girməli olan aktrisanın uzun paltarı ayağına ilişir
və boğulmaq təhlükəsi ilə üz-üzə qalır. Növbəti dəfə isə o, Hindistanda
müsabiqə zamanı hündürlükdən tullananda, ciddi həyati təhlükə yaşayıb.

Oksananın ciddi qorxularından biri də təyyarə qorxusudur. 2007-ci ildə o,
Taylanddan Pekinə uçanda təyyarədəki nasazlıq ucbatından 5 saat təyyarədə qorxu
keçirib.

2008-ci ildə Oksana həkim işlədiyi dövrlərdə xəstəxanaya gətirilən on beş
yaşlı Vüsal adlı oğlana tibb bacıları tərəfindən iynə vurulur. Qəfildən
Oksananın gözü qarşısında uşağın halı pisləşir, qıc olmağa başlayır. Tibb
bacısı qorxub geri çəkilsə də, Oksana özünü itirmir, uşağa ilk tibb yardım
göstərib onun həyatını xilas edir.

O, 2014-cü ildə Hindistanın Mumbay şəhərində, Zee TV telekanalında 6 ay
müddətində yayımlanan “İndia’s Best Cinestars Ki Khoj” (“Hindistanın Ən Yaxşı
Kinoulduzu”) teleyarışmasında Azərbaycanı təmsil edib və yarışmanın qalibi
seçilib. 2014-cü ildə Hindistanın Zee TV telekanalında yayımlanan “Maharakshak
Aryan” adlı teleserialında rol alıb. Daha sonra 2014-cü ildə Hindistanda Zee TV
telekanalında “Sapne Suhane Ladakpan Ke” adlı teleserialda rol alıb. 2015-ci
ildən etibarən “OksiMedia” MMC şirkətini yaradaraq oranın rəhbəri kimi
fəaliyyətini davam etdirir.

Source link