f09a746f-0475-4261-8bd7-db7700d6497e..jpg

Klopp “100-lər klubu”na qoşuldu

Baxış sayı: 825 dəfə baxılıb.

Klopp “100-lər klubu”na qoşuldu

“Liverpul”un baş məşqçisi Yurgen Klopp Çempionlar Liqasının “100-lər” klubuna
qoşulub.

Turnirin 1/8 finalında Madrid “Real”ına qarşı 1/8 final matçı (2:5) onun üçün
100-cü olub. Klopp bu saya çatan 8-ci mütəxəssisdir. 55 yaşlı çalışdırıcı
“Liverpul”u 64, Dortmund “Borussiya”sını 36 ÇL matçına çıxarıb.

Turnirin Çempionlar Liqası adlandırılmağa başlandığı 1992-ci ildən bu yana ən
yüksək göstərici “Mançester Yunayted”in sabiq baş məşqçisi Ser Aleks Ferqyusona
məxsusdur – 202 oyun. Hazırda “Real”ın “sükançı”sı olan Karlo Ançelotti 186
matçla ikinci, uzun illər “Arsenal”da işləmiş Arsen Venger 184 görüşlə
üçüncüdür.

“100-lər klubu”nda Pep Qvardiola (155 oyun), Joze Mourinyo (145 oyun), Mirça
Luçesku (115 oyun) və Massimiliano Alleqri (100 oyun) də var.

Mənbə: iffhs.com

Source link