Klopp Salahın “Liverpul”da qalıb-qalmayacağı sualına cavab verib
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Liverpul”un baş məşqçisi Yurgen Klopp misirli hücumçu Məhəmməd Salahın
Mersisayd klubunda gələcəyi ilə bağlı sualı cavablandırıb.
Xatırladaq ki, forvardın “qırmızılar”la hazırkı müqaviləsi 2026-cı ilin yayına
qədərdir.
“Bu, artıq mənim müzakirə mövzum deyil, bu barədə danışmaq lazım deyil, hər
şeydən əvvəl başqaları qərar verəcəklər”, – məşhur jurnalist Ceyms Pirs “X”
sosial şəbəkəsində Kloppdan sitat gətirib.
Məhəmməd Salah 2017-ci ildən “Liverpul”da çıxış edir. “Qırmızılar”la birgə
Çempionlar Liqası, İngiltərə çempionatı və Klublararası Dünya Çempionatının
qalibi olub. Bu mövsüm 31 yaşlı hücumçu bütün turnirlərdə 41 oyun keçirib, 24
qol vurub və 13 məhsuldar ötürmə edib.
Mənbə: Championat