c33c88cf-3944-469c-88c1-c226af52ab93.jpg

Klub prezidenti Premyer Liqadan kənarlaşdırılıb

Baxış sayı: 252 dəfə baxılıb.

İngiltərə Premyer Liqasının (İPL) nizam-intizam komitəsi “Nottingem Forest”in
prezidenti Evangelos Marinakisi diskvalifikasiya edib.

Cixisyolu.com xəbər verir ki, Marinakis İPL-in altıncı turunda “Fulhem”lə matçdan
sonra hakim Coş Smitin ayağına tüpürdüyünə görə cəzalandırılıb.

Həmin görüşdə 0:1 hesabı ilə məğlub olan “Nottingem Forest” yeganə qolu narazı
qaldığı penaltidən buraxıb.

Beləliklə, Evangelos Marinakis klubunun qarşıdakı beş oyununda iştirak edə
bilməyəcək.

Həmçinin klub funksionerinə xəbərdarlıq edilib ki, pozuntuların təkrarlanması
halında sanksiyalar daha ciddi olacaq.

Qeyd edək ki, “Nottingem Forest” İPL-in səkkizinci turundan sonra 13 xalla
səkkizinci yerdə qərarlaşıb.

Source link