40775c9c-f73e-4e79-bca5-60f6aff35475..jpg

Klub prezidentindən FIFA əleyhinə şok sözlər: “Milyonlar oğurlayıblar”

Baxış sayı: 3. 559 dəfə baxılıb.

Klub prezidentindən FIFA əleyhinə şok sözlər: “Milyonlar oğurlayıblar”

“Napoli”nin prezidenti Aurelio De Laurentis FIFA barədə ittiham irəli sürüb.

İtaliya klubunun rəhbəri dünyanın ali futbol qurumunun milyonlar oğurladığını
və məsuliyyətə cəlb edilməsinin mümkünsüzlüyünü deyib

“Netflix”də FIFA-nın nə etdiyini görmüsüz? Milyonlar oğurlayıblar. Onlar
İsveçrədə, Avropa yurisdiksiyasından kənardadırlar. Heç kim onlara nəzarət edə
bilmir”, – deyə “Corriere dello Sport” De Laurentisdən sitat gətirib.

Xatırladaq ki, “Netflix” bir müddət əvvəl FIFA-dakı korrupsiya halları ilə
bağlı sənədli film yayımlayıb.

Source link