fcbb6c68-a224-49e6-a478-284e7c28601e..jpg

Klub rəhbərliyi təcili iclas çağırdı – Məşqçilər korpusuna iki oyunluq MÖHLƏT

Baxış sayı: 619 dəfə baxılıb.

Klub rəhbərliyi təcili iclas çağırdı – Məşqçilər korpusuna iki oyunluq MÖHLƏT
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Premyer Liqanın son iki turunda məğlubiyyətlə üzləşən “Araz-Naxçıvan”da
toplantı keçirilib.

Sportinfo.az xəbər verir ki, klub rəhbərliyi Azər Bağırovun məşqçi korpusu ilə
bir araya gəlib.

İclasda komandanın “Zirə”yə (0:3) və “Sabah”a (0:2) yenilməsi geniş müzakirə
olunub. İdarəçilər nəticələrdən narazılığını dilə gətiriblər.

Bildirilib ki, kollektiv 2024-cü ilə pis başlayıb, hədəflərindən uzaq düşüb.
Qeyd olunub ki, gedişatı təcili dəyişmək lazımdır, əks halda kadr islahatı
aparılacaq.

Bu isə korpusun dəyişdirilməsi deməkdir. Diqqətə çatdırılıb ki, növbəti iki
turda qələbə əldə olunmasa, Bağırov və köməkçiləri ilə yollar ayrılacaq.

“Araz-Naxçıvan” Premyer Liqanın 26-cı turunda “Turan Tovuz”la səfərdə
qarşılaşacaq. Daha sonra Mərdəkanda “Qəbələ” ilə üz-üzə gələcək.

Muxtar Respublika təmsilçisi 25 tura 31 xal toplayıb. Bölgə klubu bu göstərici
ilə turnir cədvəlinin 8-ci pilləsində məskunlaşıb.

Source link