Klublararası dünya çempionatı başladı: Benzemanın komandası yarımfinala çıxdı
– VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Səudiyyə Ərəbistanının “Əl-İttihad” komandası ölkənin Ciddə şəhərində
keçirilən klublararası dünya çempionatının ilk tur matçında Yeni Zelandiyanın
“Ouklend Siti” klubuna 3:0 hesabı ilə qalib gəlib.
Qolları Romarinyo (29-cu dəqiqə), Nqolo Kante (34) və Kərim Benzema (40) vurub.
“Əl-İttihad” yarımfinalda Misirin “Əl-Əhli” komandası ilə qarşılaşacaq.
Dekabrın 15-də isə İngiltərənin “Mançester Siti” komandası ilə yarımfinalda
oynamaq hüququ uğrunda görüşdə Meksika “Leon”u Yaponiyanın “Urava Red Daymonds”
komandası ilə üz-üzə gələcək.
Qeyd edək ki, klublararası dünya çempionatı 2000-ci ildən keçirilir (turnir
2001-2004-cü illərdə baş tutmayıb). Hazırkı çempion İspaniyanın “Real Madrid”
komandasıdır və o, beş qələbə ilə turnir tarixində ən çox uğur qazanan klubdur.
2025-ci ildən etibarən turnir 32 klubun iştirakı ilə yeni formatda
keçiriləcək. Çempionat ABŞ-də təşkil olunacaq, dəqiq tarixlər daha sonra
açıqlanacaq.
Mövcud reqlamentə əsasən, klublararası dünya çempionatında yeddi komanda –
qitə birinciliklərinin altı qalibi və ev sahibi ölkənin çempionu iştirak edir.