0d6d9c75-8e46-42bc-b727-151c8897fbde..jpg

Klublararası dünya çempionatı: İlk finalçı bəlli oldu – VİDEO

Baxış sayı: 606 dəfə baxılıb.

Klublararası dünya çempionatı: İlk finalçı bəlli oldu – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Braziliyanın “Fluminense” və Misirin “Əl Əhli” komandaları 2023-cü il
klublararası dünya çempionatının yarımfinal matçından qarşılaşıb.

Ciddədəki Kral Abdullah stadionundakı matçda “Fluminense” inamlı qələbə
qazanmağı bacarıb – 2:0.

Braziliyalılar 71-ci dəqiqədə Con Aryasın qolu sayəsində hesabda önə keçib.
“Fluminense”nin yarımmüdafiəçisi penaltini qola çevirib. Görüşün sonunda isə
nominal ev sahiblərinin hücumçusu Con Kennedi yekun hesabı müəyyən edib – 2:0.

Beləliklə də, Latın Amerikası komandası klublararası dünya çempionatının
finalına yüksəlib.

Braziliyalılar həlledici görüşdə “Mançester Siti” və “Urava Red Daymonds”
qarşıdurmasının qalibi ilə görüşəcəklər. Final oyunu dekabrın 19-da baş tutacaq.


Source link