ABŞ-ın başçılıq etdiyi beynəlxalq koalisiyanın Suriyaya endirdiyi aviazərbələr nəticəsində azı 25 nəfər həlak olub.
ÇıxışYolu.Com xəbər verir, ki bu barədə SANA agentliyi məlumat yayıb.
Məlumata görə, Əl-Fadıl kəndinə tuş gələn raket zərbələri nəticəsində dinc sakinlər, o cümlədən, qadınlar əv uşaqlar həyatını itirib.
Bundan əvvəl ABŞ müdafiə naziri Ceymz Mettis, Birləşmiş Ştatlar ordusunun aprelin 30-da Suriyaya heç bir hava zərbəsi endirmədiyini bəyan etmişdi.