e196684f-7242-4894-89bc-6d2ce5dc3d1b..jpg

KOB-lar “Caspian Agro” və “InterFood Azerbaijan” sərgilərində məhsul və xidmətlərini təqdim edir – FOTO

Baxış sayı: 655 dəfə baxılıb.

KOB-lar “Caspian Agro” və “InterFood Azerbaijan” sərgilərində məhsul və
xidmətlərini təqdim edir – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Mayın 15-də Bakı Ekspo Mərkəzində 17-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı
(“Caspian Agro”) və 29-cu Azərbaycan Beynəlxalq Qida Sənayesi (“InterFood
Azerbaijan”) sərgiləri öz işinə başlayıb.

Əvvəlki illərdə olduğu kimi, bu il də Kiçik və Orta Biznesin İnkişafı
Agentliyinin (KOBİA) dəstəyi ilə mikro və kiçik sahibkarlar ödənişsiz olaraq
sərgidə məhsul və xidmətlərini təqdim edirlər. KOBİA-nın təmin etdiyi dövlət
dəstəyi hesabına yaradılmış xüsusi stenddə 10-a yaxın mikro və kiçik
sahibkarlıq subyekti tərəfindən müxtəlif qida məhsulları, o cümlədən süd
məhsulları, düyü, suxari, bal və digər arıçılıq məhsulları və s., eləcə də
xidmətlər nümayiş olunur. Həmçinin stenddə KOB subyektlərinə satış imkanlarını
genişləndirmək və yeni biznes əlaqələri qurması üçün müxtəlif işgüzar
görüşlərin keçiriilməsi məqsədilə imkan yaradılıb.

Qeyd edək ki, “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri mayın 17-dək
davam edəcək. Sərgilərdə 40-a yaxın ölkədən 500-ə qədər şirkətin məhsul və
xidmətləri nümayiş olunur.

Source link