7dfd32f7-c828-472f-a836-5e1689cf6898.jpg

KOB-ların məhsul və xidmətləri “Rebuild Karabakh” sərgisində

Baxış sayı: 60 dəfə baxılıb.

Bakı Ekspo Mərkəzində Xəzər İnşaat Həftəsi çərçivəsində 4-cü Azərbaycan
Beynəlxalq Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı” (“Rebuild Karabakh”)
sərgisi keçirilir.

Cixisyolu.com xəbər verir ki, “Rebuild Karabakh” sərgisində dövlət dəstəyi hesabına
KOB-lar üçün ayrılmış xüsusi stenddə 9 sahibkarlıq subyektinin məhsul və
xidmətləri təqdim olunur.

Sərgidə mikro, kiçik və orta sahibkarlıq subyektlərinin məhsul və
xidmətlərinin tanıdılmasına, satış imkanlarını genişləndirilməsinə və yeni
biznes əlaqələri qurmasına dəstək məqsədilə bu dəfə də Kiçik və Orta Biznesin
İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə KOB-lar üçün ayrıca stend qurulub.
Stenddə 9 KOB subyektinin sənaye məhsulları, inşaat, tikinti materialları,
istehsalat avadanlıqları, işçi geyimləri və müxtəlif xidmətlər təqdim edilir.

Həmçinin, KOBİA-nın stendində Qarabağda biznes və investisiya imkanları,
bölgənin potensialı, işğaldan azad edilmiş ərazilərdə yaradılan sənaye
parkları, sahibkarlar üçün nəzərdə tutulan güzəştlər barədə məlumat verilir.

Qeyd edək ki, “Rebuild Karabakh” Sərgisi oktyabrın 17-də başa çatacaqdır.

Source link