KOB Model Müəssisəsinin imkanlarından yararlanmaq istəyən sahibkarların
nəzərinə – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Sahibkarlar KOB Model Müəssisəsinin təlimlərinə qatılmaqla istehsal prosesində
zəruri olan biliklərə yiyələnə, onları təcrübədən keçirə bilərlər.
Bu barədə KOBİA-dan Cixisyolu.com-a verilən məlumatda deyilir.
Bildirilib ki, Azərbaycan Texniki Universitetində fəaliyyət göstərən KOB Model
Müəssisəsinin imkanlarından faydalanmaq istəyən sahibkarlar Kiçik və Orta
Biznesin İnkişafı Agentliyinə (KOBİA) birbaşa ([email protected]
yahttps://bit.ly/3xpwcX0
sosial media hesabları vasitəsilə müraciət edə bilərlər.
KOB Model Müəssisəsinin xidmətlərindən istifadə etmək istəyən sahibkarlıq
subyektləri aşağıdakı tələblərə cavab verməlidirlər:
– KOB subyekti istehsalat ilə məşğul olmalıdır;
– İstehsalatda və istehsalatın idarə edilməsində müasir biliklərə yiyələnmək
və tətbiq etmək istəyi olmalıdır.
Model Müəssisə tərəfindən keçirilən təlimlərdə isə sahibkarlarla yanaşı,
aidiyyəti ixtisaslar üzrə təhsil alan tələbələr və bu fənləri tədris edən
müəllimlər də iştirak edə bilərlər.
KOB Model Müəssisəsinin imkanlarından yararlanmaq istəyən KOB subyektlərinin
agentliyə daxil olan müraciətləri müvafiq bazaya əlavə ediləcək və tələblərə
cavab verən sahibkarlar təlim proqramına uyğun olaraq mərhələli şəkildə
təlimlərə cəlb olunacaqlar. Hər təlim proqramı bir neçə moduldan ibarət
olmaqla, qənaətli istehsal, resurslardan və xammaldan səmərəli istifadə, hazır
məhsulun düzgün saxlanılması, istehsal prosesinin və vaxtın
optimallaşdırılması, işçi qüvvəsinin istehsal prosesində bərabər
paylaşdırılması və s. mövzuları əhatə edəcək. Təlimləri uğurla tamamlamış və
müvafiq biliklərə yiyələnmiş şirkət nümayəndələrinə sonrakı mərhələlərdə də
Model Müəssisənin heyəti və təlimçiləri tərəfindən dəstək davam etdiriləcək.
Qeyd edək ki, KOBİA tərəfindən beynəlxalq təcrübə araşdırılmaqla yaradılmış
KOB Model Müəssisəsində ilkin planlaşdırmadan başlayaraq müəssisənin
qurulmasına qədər real biznes prosesini əyani müşahidə etmək mümkündür. “Görmə,
eşitmə və icra etmə” konsepsiyası əsasında fəaliyyət göstərən Model Müəssisə
zəruri avadanlıqlarla təchiz olunub ki, bu da müasir texnoloji avadanlıqların
fəaliyyətini əyani görməyə, istehsal prosesində resursa, vaxta və xərclərə
qənaət üsullarını öyrənməyə imkan verir. Model Müəssisə tərəfindən göstərilən
bütün xidmətlər ödənişsizdir.