740ef961-31ac-4b88-8cc2-b5d85c952849..jpg

KOBİA: Biznesdə və özünüməşğulluqda qadınların rolu artır

Baxış sayı: 2. 730 dəfə baxılıb.

KOBİA: Biznesdə və özünüməşğulluqda qadınların rolu artır

Bu ilin yanvarın 1-nə Azərbaycanda hüquqi şəxs yaratmadan sahibkarlıq
fəaliyyəti ilə məşğul olmaq üçün qeydiyyatdan keçmiş sahibkarların 22%-ni
qadınlar təşkil edib.

Bu barədə İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı
Agentliyindən (KOBİA) məlumat verilib.

Bildirilib ki, qadın sahibkarlar əsasən kənd təsərrüfatı, xidmət və digər
sahələrdə fəaliyyət göstərirlər. Sahibkar qadınların 29,9%-i Bakıda, 10,2%-i
Lənkəran-Astara, 8,9%-i Qazax-Tovuz, qalanları isə digər iqtisadi rayonlarda
qeydiyyatdan keçiblər.

KOBİA tərəfindən də ölkəmizdə qadınların sahibkarlıq fəaliyyətinə təşviq
olunması, KOB subyektləri arasında qadınların sayının daha da artırılması
məqsədilə müvafiq tədbirlər həyata keçirilir. Qadınlar biznes fəaliyyətinə
başlamaq və sahibkarlıq fəaliyyətini genişləndirmək üçün KOBİA-nın təlim,
məsləhət, beynəlxalq ixtisasartırma, maliyyə resurslarına və satış bazarlarına
çıxış, qrant, daxili bazar araşdırması, “Startap” şəhadətnaməsi və s. dəstək və
xidmətlərindən faydalanırlar.

KOBİA tərəfindən KOB subyektlərinin təhsil, elm, tədqiqat və dəstək
layihələrinin maliyyələşdirilməsi çərçivəsində indiyədək 40 layihənin
maliyyələşdirilməsi barədə qərar qəbul edilib ki, onlardan 9-u qadın
sahibkarlar tərəfindən təqdim edilmiş layihələrdir.

Təkcə 2022-ci il ərzində agentliyin KOB inkişaf mərkəzləri tərəfindən təşkil
edilmiş müxtəlif mövzularda biznes təlimlərdən 3 minə yaxın qadın sahibkar
faydalanıb. KOBİA-nın əlaqələndiricisi olduğu “Almaniya-Azərbaycan birgə
Proqramı”ndan bu günədək 100-dən çox qadın sahibkar və menecer yararlanıb.

11 qadın sahibkar “Startap” şəhadətnaməsi əldə edib.

2022-ci ildə KOBİA-nın sərgi və yarmarkalarda iştiraka dəstək mexanizmindən
istifadə etmiş 1 050 sahibkarlıq subyektinin 40%-dən çoxu qadın sahibkar olub.
Bundan başqa, ticarət şəbəkələrinə çıxışa dəstək mexanizmindən yararlanmış 25
sahibkarlıq subyektindən 12-si qadındır.

Source link