508206a9-bf3e-4d44-8afe-32dcaa85b3bc..jpg

KOBİA BMT-nin Qlobal Sazişinə qoşulub

Baxış sayı: 488 dəfə baxılıb.

KOBİA BMT-nin Qlobal Sazişinə qoşulub
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) BMT-nin Qlobal Sazişinə
qoşulub.

Bu barədə Cixisyolu.com-a KOBİA-dan məlumat verilib.

Bildirilib ki, agentlik BMT-nin Qlobal Sazişinin iştirakçısı olaraq strategiya
və fəaliyyətini Dayanıqlı İnkişaf Məqsədlərinin müvafiq prinsiplərinə
uyğunlaşdırmaqda, KOB-ların inkişafına və yeni sahibkarlıq subyketlərinin
yaradılmasına dəstək olmaqla qlobal davamlı inkişaf strategiyasına öz töhfəsini
verməkdə davam edəcək.

Həmçinin, Agentlik 2024-cü ilin ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili”
elan olunmasını və BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının
Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycanda keçiriləcəyini
nəzərə alaraq fəaliyyətində və KOB-larla iş prosesində ətraf mühit
məsələlərinə, “yaşıl iqtisadiyyat”ın təbliğinə diqqəti daha da artıracaqdır.

Qeyd edək ki, BMT-nin Qlobal Sazişi 160-dan çox ölkədə 20 mindən artıq biznes
və qeyri-biznes tərəfdaşlarını bir araya gətirir. Təşkilatın üzvlərinin əsas
məqsədi öz strategiya və fəaliyyətlərini insan haqları, işçi hüquqları, ətraf
mühitin qorunması ilə bağlı beynəlxalq səviyyədə qəbul edilmiş prinsiplərə,
eləcə də “Dayanıqlı inkişaf üzrə 2030 Gündəliyi”nə uyğunlaşdırmaqdır.

Source link