c5c60a3a-e5fd-4c2a-a180-a321b1f18564..jpg

KOBİA klaster yaratmaq istəyən sahibkarlara müraciət edib

Baxış sayı: 614 dəfə baxılıb.

KOBİA klaster yaratmaq istəyən sahibkarlara müraciət edib

Azərbaycanda KOB klasteri yaratmaq istəyən kommersiya hüquqi şəxsləri onun
şəhadətnaməsini almaq üçün İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta
Biznesin İnkişafı Agentliyinə (KOBİA) müraciət edə bilərlər.

Bu barədə KOBİA-nın sahibkarlara müraciətində bildirilib.

Məlumata görə, quruma müraciətlər yazılı formada (Ünvan: Bakı şəhəri,
Nərimanov rayonu, Ziya Bünyadov prospekti, 38C, 1969-cu məhəllə) və yaxud
elektron qaydada ([email protected]
)
təqdim edilməlidir. Şəhadətnaməni almaq üçün lazım olan sənədləri KOBİA-nın
www.smb.gov.az saytından əldə etmək olar.

KOB klasteri – eyni və yaxud oxşar iqtisadi fəaliyyət sahələrində, müəyyən
coğrafi bölgədə yerləşmə əsasında yaranan, işçi qüvvəsini, vahid bazarı və
xidmətləri bölüşən, qarşılıqlı iqtisadi münasibət quraraq əlaqəli, bir-birini
tamamlayan, birgə fəaliyyət göstərən KOB klaster şirkəti və KOB klasteri
iştirakçılarının məcmusudur. Vergi Məcəlləsində KOB klaster şirkəti və onun
iştirakçısı üçün bir sıra vergi güzəştləri nəzərdə tutulur. Belə ki, KOB
klaster şirkəti müvafiq reyestrə daxil edildiyi tarixdən yeddi il müddətinə
mənfəət, KOB klasteri fəaliyyətində istifadə olunan torpaqlara görə torpaq və
əmlak vergisindən, təsdiqedici sənəd əsasında istehsal, yaxud emal məqsədləri
üçün texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı üçün ƏDV-dən
azaddır. KOB klasterinin iştirakçısı olan şəxs isə yeddi il müddətində KOB
klaster şirkəti ilə bağlanmış müqavilə əsasında təqdim etdiyi mal üzrə əldə
etdiyi mənfəət və yaxud gəlirin kapital xarakterli xərclərinin çəkilməsinə
yönəldilən hissəsinin mənfəət və yaxud gəlir vergisindən azad olunur.

KOB klasteri barədə ətraflı məlumat üçün: https://smb.gov.az/az/nav/kob-klaster

Source link