6559fd84-5efe-4366-bf30-d8a0e62aaba9..jpg

KOBİA sədri Macarıstanda bir sıra görüşlər keçirib – FOTO

Baxış sayı: 896 dəfə baxılıb.

KOBİA sədri Macarıstanda bir sıra görüşlər keçirib – FOTO

Azərbaycan nümayəndə heyətinin tərkibində Macarıstanda səfərdə olan Kiçik və
Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan
Məmmədov bu ölkənin İxracın Təşviqi Agentliyində (HEPA) və Ticarət və Sənaye
Palatasında görüşlər keçirib.

HEPA-nın baş direktorunun müavini Qabor Jenei ilə görüşdə Azərbaycan və
Macarıstan biznes dairələrinin, xüsusilə də KOB-ların əlaqələndirilməsi
tədbirlərinə və əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi aparılıb.
Macarıstanın Ticarət və Sənaye Palatasında keçirilmiş görüşdə isə ticarət
əməliyyatları zamanı iş adamlarına dəstək göstərmək üçün KOBİA ilə əməkdaşlıq
perspektivləri müzakirə edilib.

Səfər çərçivəsində KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov Azərbaycan
Respublikası Hökuməti və Macarıstan Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə
Birgə Komissiyanın 9-cu iclasında və Macarıstan-Azərbaycan biznes forumunda
iştirak edib.

Komissiyanın iclasındakı çıxışında KOBİA sədri Macarıstanın müvafiq qurumları
və Agentlik arasında əməkdaşlığın vəziyyətinə, KOBİA-nın fəaliyyətinə dair
məlumat verib.

Macarıstan-Azərbaycan biznes forumunda isə Orxan Məmmədov hər iki ölkənin
biznes dairələri arasında əməkdaşlıq imkanlarına dair fikirlərini bölüşüb,
KOBİA-nın hər iki ölkənin KOB-ları arasında lazımi əlaqələndirməni həyata
keçirməyə hazır olduğunu vurğulayıb. Agentlik sədri KOBİA-nın dəstək və
xidmətləri barədə məlumat verərək Agentliyin təcrübəsini Macarıstanla bölüşməyə
hazır olduğunu bildirib. Qeyd olunub ki, Azərbaycanın işğaldan azad edilmiş
ərazilərində xarici şirkətlər üçün perspektiv imkanlar mövcuddur. Bu ərazilərdə
biznes qurmaq və investisiya yatırmaq istəyən xarici şirkətlərin müraciətləri
arasında Macarıstan şirkətləri də əsas yerlərdən birini tutur. KOBİA
Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə investisiya qoymaq istəyən
sərmayədarlara dəstək göstərməyə hazırdır.

Source link