80d9c819-0da9-4df0-a655-7462c78c9b6b..jpg

KOBİA tərəfindən 50 müxtəlif investisiya layihəsinin biznes qiymətləndirilməsi həyata keçirilib

Baxış sayı: 852 dəfə baxılıb.

KOBİA tərəfindən 50 müxtəlif investisiya layihəsinin biznes qiymətləndirilməsi
həyata keçirilib

“2022-ci ildə sahibkarların müraciətləri əsasında 6 sahə üzrə, KOBİA-nın
təşəbbüsü ilə isə 1 sahə üzrə daxili bazar araşdırmaları aparılıb”.

Cixisyolu.com-ın məlumatına görə, bunu KOBİA-da 2022-ci ilin yekunları ilə bağlı
keçirilən mətbuat konfransında agentliyin idarə heyətinin sədri Orxan Məmmədov
bildirib.

Onun sözlərinə görə, daxili bazar araşdırması mexanizmi çərçivəsində mikro
sahibkarlıq subyektinin müraciəti əsasında aparılan hər bir daxili bazar
araşdırmasına çəkilən xərcin 80%-i, kiçik sahibkarlıq subyektinin müraciəti ilə
həyata keçirilən araşdırmaya çəkilən xərcin 50%-i dövlət tərəfindən qarşılanıb:

“Orta sahibkarlıq subyektləri isə bu dəstək mexanizmi çərçivəsində ödənişsiz
təlim və seminarlardan, informasiya dəstəyindən yararlana bilər. Dəstək
məbləğinin maksimal məbləği 20 min manata qədərdir”.

O, agentliyin beynəlxalq əməkdaşlığı barədə də danışıb:

“2022-ci ildə KOB-lara dəstək və xidmətlər sahəsində qabaqcıl təcrübənin
öyrənilməsi, yerli KOB-ların əlaqələrinin genişləndirilməsi və birgə
layihələrin icrası, potensial xarici tərəfdaşların tapılması, əməkdaşlıqda
maraqlı olan investorlarla yerli sahibkarlar arasında vasitəçilik etmək
məqsədilə 15 ölkəyə işgüzar səfər təşkil olunub, müxtəlif tərəfdaş qurumlarla
24 sənəd imzalanıb, Agentliyin təşkilatçılığı ilə 7 beynəlxalq tədbir
keçirilib, agentlik KOB sahəsində 2 beynəlxalq təşkilata üzv olub.

KOBİA tərəfindən 50 müxtəlif investisiya layihəsinin biznes qiymətləndirilməsi
həyata keçirilib”.

İlhamə Əbülfət

Source link