d8fbeeaa-59d9-4ba6-b622-9f827362af0e..jpg

KOBİA və Özbəkistanın Sahibkarlığın İnkişafı Agentliyi arasında Anlaşma Memorandumu imzalanıb – FOTO

Baxış sayı: 962 dəfə baxılıb.

KOBİA və Özbəkistanın Sahibkarlığın İnkişafı Agentliyi arasında Anlaşma
Memorandumu imzalanıb – FOTO

Daşkənddə keçirilən 1-ci Özbəkistan-Azərbaycan Regionlararası Forumu
çərçivəsində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Özbəkistanın
İqtisadi İnkişaf və Yoxsulluğun Azaldılması Nazirliyi yanında Sahibkarlığın
İnkişafı Agentliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.

Sənədi KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və Özbəkistanın
Sahibkarlığın İnkişafı Agentliyinin direktorunun müavini Muxtor Şonazarov
imzalayıblar. Memorandumda kiçik və orta biznes, qadın sahibkarlığı,
dövlət-özəl tərəfdaşlığı, sahibkarlığın təşviqi və biznes subyektlərinin qanuni
mənafelərinin müdafiəsi istiqamətlərində məlumat və təcrübə mübadiləsi, birgə
təlim, seminar və konfransların təşkili və digər sahələrdə əməkdaşlıq nəzərdə
tutulur.

Forum çərçivəsində keçirilmiş Özbəkistan-Azərbaycan İşgüzar Şurasının 3-cü
iclasındakı çıxışında KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov
ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişafında müsbət dinamikanı
qeyd edərək bunun biznes dairələri arasında əməkdaşlığın genişləndirilməsi üçün
əlverişli imkan yaratdığını vurğulayıb. KOBİA sədri KOB-ların dəstəklənməsi
sahəsində təcrübə mübadiləsinə, biznes əlaqələrin genişləndirilməsi üçün
qarşılıqlı biznes missiyalarının və digər birgə tədbirlərin təşkilinə, eləcə də
Agentliyin sahibkarlara göstərdiyi dəstək və xidmətlərə dair məlumat verib.

Qeyd edək ki, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli
Konfederasiyasının və Özbəkistanın Ticarət və Sənaye Palatasının təşkilatçılığı
ilə keçirilmiş Özbəkistan-Azərbaycan İşgüzar Şurasının 3-cü iclasında hər iki
ölkədən rəsmi şəxslər və iqtisadiyyatın müxtəlif sektorlarını təmsil edən iş
adamları iştirak ediblər.

Source link