Koçaryanı buraxan hakimə ittiham irəli sürülüb

Baxış sayı: 2. 310 dəfə baxılıb.

Koçaryanı buraxan hakimə ittiham irəli sürülüb

Ermənistan Xüsusi İstintaq Xidməti hakim David Qriqoryan barədə vəzifə saxtakarlığı ilə bağlı ittiham irəli sürüb.

Bu haqda “RİA Novosti”yə xidmətin mətbuat katibi Marina Oqacanyan bildirib.

D.Qriqoryan öncə Ermənistanın sabiq prezidenti Robert Koçaryanın azad edilməsi barədə qərar verib.

Baş Prokurorluq Ali Məhkəmə Şurasının Cinayət Məcəlləsində nəzərdə tutulmuş “vəzifə saxtakarlıqı” əməli ilə şübhələri əsas tutub hakimin cinayət təqibinə razılıq verdiyini bildirib.

Bu maddə üzrə sanksiya maksimum dörd il müddətinə azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Xatırladaq ki, Xüsusi İstintaq Xidməti iyulun 26-da R.Koçaryana qarşı Konstitusiya quruluşunun devrilməsində iştiraka görə ittiham irəli sürüb. Sabiq prezident həmçinin rüşvət almaqda ittiham olunur.