Köhnə binalarda evlərin qiyməti qalxıb

Köhnə binalarda evlərin qiyməti qalxıb

Baxış sayı: 7. 299 dəfə baxılıb.

Təkrar mənzil bazarı üzrə orta qiymətlər yüksələrək 109 497 dollar təşkil edib.

ÇıxışYolu.Com MBA Consulting Group şirkətinin ekspertlərinə istinadən xəbər verir ki, aylıq fərq 945 dollar – 0,86 faiz təşkil edib.

Bazar iştirakçılarının araşdırmalarına əsasən köhnə tikililərdə 1 otaqlı mənzillərin qiyməti aylıq əsasda 1,45 faiz azalıb. Nəticədə 1 otaqlı mənzillərin orta qiyməti 37 389 dollar təşkil edib. 

2 otaqlı mənzillər üzrə qiymətlər 60 308, 3 otaqlı mənzillər üzrə 104 285, 4 otaqlı mənzillər üzrə 181 277 dollar olub. 

Bazarın bu seqmentində ən çox qiymət artımı 3 otaqlı mənzillər üzrə baş verib – 4,29 faiz:

“Mənzillərin 1 Kv.m üzrə orta qiymətinə nəzər yetirdikdə aydın olur ki, 3 otaqlı mənzillərin dəyəri 0.30 faiz ucuzlaşıb. 1 otaqlı mənzillərin 1 Kv.m üzrə orta qiymət  956 ( -1.67%), 2 otaqlı mənzillər üzrə 959 ( +0.10%), 3 otaqlı mənzillər üzrə 990 ( -0.30%),  4+ otaqlı mənzillər üzrə 1138 dollar (+ 2.28%) olub”.

.
www.ÇıxışYolu.Com