Köhnə və sərnişinləri yolda qoyan avtobuslar: Problem nə vaxt həll olunacaq? –
VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Göyçay rayon mərkəzindən kəndlərə sərnişindaşıma ilə məşğul olan avtobuslar
köhnədir və bəziləri isə istismar müddətini başa vurub.
Xezerxeber.az-ın məlumatına görə, uzun müddət müxtəlif istiqamətlər üzrə
hərəkət edən avtobuslar 2017-ci ildə yenisi ilə əvəz olunsa da, günün
tələblərinə cavab vermirlər.
Sərnişinlərin sözlərinə görə, avtobuslar marşrut üzrə hərəkət edən zaman xarab
olurlar. Bu səbəbdən də sərnişinlər ya yolda qalmalı, ya da əlavə xərc çəkərək
taksi ilə getməli olurlar.
Sürücülər də köhnə avtobuslardan bezdiklərini bildiriblər.
Məsələ ilə bağlı Göyçay Sərnişin Daşıma Müəssisəsindən bildirilib ki, hər gün
avtovağzaldan 30-a yaxın kənd istiqamətində 14 avtobus hərəkət edir:
“Növbəti illərdə avtobusların daha yeniləri ilə əvəz olunması nəzərdə tutulub”.
Ətraflı süjetdə: