Kökəlməyə qarşı ən həssas insanlar müəyyənləşdi

Kökəlməyə qarşı ən həssas insanlar müəyyənləşdi

Baxış sayı: 7. 115 dəfə baxılıb.

1980-ci illərin əvvəllərindən 1990-cı illərin ortalarına kimi olan dövr ərzində dünyaya gəlmiş insanlar digər nəsillərlə müqayisədə kökəlməyə daha həssas olur.

ÇıxışYolu.Com xəbər verir ki, bu barədə Britaniyanın “Cancer Research UK” xeyriyyə təşkilatı məlumat yayıb.

Mütəxəssislər hesab edir ki, bu nəslin nümayəndələrinin 70 faizə yaxını 35-44 yaşlarında artıq çəkidən əziyyət çəkəcək. Halbuki 1945-ci ildən 1955-ci ilə kimi olan dövr ərzində doğulmuş, bu yaşda olan insanlar arasında hər on nəfərdən yalnız beşi artıq çəkilidir.

“Milleniallar sağlam qidalanma trendlərinə üstünlük vermələri ilə seçilir,  ancaq balanslaşdırılmış dietadan üstün heç nə yoxdur. Sağlam çəki saxlamağın ən yaxşı yolu daha çox meyvə-tərəvəz və digər lifli qida məhsulları ilə qidalanmaq və zərərli qidaların miqdarını azaltmaqdır”, – deyə təqdiqatın müəlliflərindən biri, professor Linda Baul bildirib.

Bu arada təşkilat qeyd edir ki, artıq çəki 13 növ onkoloji xəstəliyə, o cümlədən döş, bağırsaq və böyrək xərçənginə yol açır.

www.ÇıxışYolu.Com