Kokorin və Mamayevə hökm oxundu

Baxış sayı: 3. 004 dəfə baxılıb.

Kokorin və Mamayevə hökm oxundu

Moskva şəhər Presnenski məhkəməsi “Zenit” klubunun hücumçusu Aleksandr Kokorin və “Krasnodar” komandasının keçmiş yarımmüdafiəçisi Pavel Mamayevə hökm oxuyub.

Bu barədə məhkəmə zalından Lenta.ru məlumat verir.

Məhkəmənin qərarı ilə Kokorin 1,5 il müddətinə azadlıqdan məhrum edilib, Mamayev isə ümumi rejimli cəzaçəkmə müəssisəsində cəzasını çəkməklə bir il beş müddətinə həbs edilib.

Qeyd edilir ki, Kokorin məhkəmə zalında hökm oxunan zaman göz yaşlarını saxlaya bilməyib. İdmançı zərərçəkən tərəfdən və cəmiyyətdən üzr istəyib:

“Danışmaq çətindir. Ümid edirəm ki, bu bizim üçün dərs olacaq”.

Kokorin, Mamayev və daha iki nəfər –  Kirill Kokorin və Aleksandr Protasoviski Moskvanın mərkəzində dava salıblar. Onlar əvvəlcə aparıcı Olqa Uşakovanın sürücüsünə hücum ediblər. Daha sonra isə məmurlar Denis Pak və Sergey Qaysinə xəsarət yetiriblər.