d7637efc-b286-4942-8f69-6b290dd6c6a2..jpg

Kolbasaların tərkibi haqda ekspertdən şok AÇIQLAMA – FOTO

Baxış sayı: 800 dəfə baxılıb.

Kolbasaların tərkibi haqda ekspertdən şok AÇIQLAMA – FOTO

“Artıq 30-40 ildir ki, bitki mənşəli zülal və yağlardan istifadə edərək süni
yolla ət alınır”.

Bunu “Qaynarinfo”ya iqtisadçı ekspert Vahid Məhərrəmov deyib.

Onun sözlərinə görə, uzun illərdir kolbasa-sosis məhsullarını yalnız mal,
qoyun, toyuq, donuz əti deyil, həm də bitki mənşəli zülallardan, yağlardan əldə
edilmiş süni ətlərdən istehsal edirlər:

“Azərbaycan kimi alıcılıq qabiliyyəti aşağı olan ölkələrdə belə məhsullar
istehlakçılara təqdim olunur və onlar həmin məhsullardan geniş istifadə edirlər.

Bu gün kolbasanın qiymətinin 6 manat, yaxud da bir ədədinin 6 manat olması,
hətta 2 manat 50 qəpiyə satılması təbiidir. Yəni bu, heç də o demək deyil ki,
həmin kolbasanın tərkibində dana, inək, qoyun, donuz əti var. Hətta diqqətlə
baxsanız, Rusiyadan gələn kolbasaların tərkibində ətin miqdarının çox az
olduğunu görə bilərsiniz. Həmin kolbasaların istehsalında donuzun dərisindən
belə istifadə edilir”.

Source link