Maqadan vilayətinin mədən işçiləri 2019-cu ilin 8 ayı ərzində 30 ton qızıl hasil ediblər.
“RİA Novosti” xəbər verir ki, bu keçən ilki göstəricilərdən 5,7 ton çoxdur.
Əldə olunan qızılın 12,4 tonu açıq karyerlərdə yuyulub.
Rusiyanın Uzaq Şimal-Şərqində axan Kolıma çayı ətrafındakı qızıl mədənləri ilə tanınır. İlin axırına kimi burada 40 ton qızıl hasil etmək öhdəliyi götürülüb.