Artıq formal olaraq sənədlərə qol çəkilməsi hallarına son qoyulmalıdır.
ÇıxışYolu.Com-ın məlumatına görə, bunu Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədri Anar Bağırov Vəkillər Kollegiyası “Vəkilliyin elektron məhkəmə informasiya sisteminə inteqrasiya” mövzusunda tədbir və namizədlərin andiçmə mərasimində bildirib.
Onun sözlərinə görə, vətəndaşlardan şikayətlər gəlir, biz bunlardan xəbərdarıq:
“Formallıq naminə sənədlərə qol çəkilməsi hallarına son qoyulmalıdır. Buradan bütün vəkillərə xəbərdarlıq edirəm”.
Anar Bağırov bildirib ki, Vəkillər Kollegiyası baş verən bütün neqativ hallarla bağlı məlumatlıdırlar:
“Vəkillər düşünməsin ki, biz bu barədə məlumatsızıq. Sizlərdən ancaq qanunun tələblərinə uyğun vəkillik fəaliyyəti ilə məşğul olmaq tələb edilir”.
İlhamə Əbülfət
www.ÇıxışYolu.Com