Kolumbiya və Yaponiya 1/8 finalda

Baxış sayı: 3. 147 dəfə baxılıb.

Kolumbiya və Yaponiya 1/8 finalda

Bu gün Rusiyada keçirilən futbol üzrə dünya çempionatında qrup mərhələsinə yekun vurulur.

ÇıxışYolu.Com xəbər verir ki, yerli vaxtla 18.00-da “H” qrupunun son oyunları keçirilib.

“Volqoqrad” arenada Yaponiya yığması qrupun autsayderi olan Polşa milli komandası ilə qarşılaşıb. Oyun 0:1 hesabı ilə polşalıların xeyrinə başa çatıb.

Qollar: Bednarek (60-cı dəq.)

Samaranın “Kosmos” arenasında isə Seneqal təmsilçiləri Kolumbiya yığması ilə üz-üzə gəlib. Gərgin mübarizə şəraitində keçən matçda qalib tərəf Kolumbiya millisi olub. Oyun 0:1 hesabı ilə başa çatıb.

Qollar: Mina (74-cü dəq)

Beləcə yekun nəticələrə görə “H” qrupundan Kolumbiya altı xalla birinci, Yaponiya isə dörd xalla ikinci yerdə çıxıb. Komandaların 1/8 finaldakı rəqibləri 22-00-da başlayacaq “G” qrupunun oyunlarından sonra məlum olacaq.

.
www.ÇıxışYolu.Com