1a0fcf5c-713c-4bf4-97dc-5d5765c7cc3b..jpg

Komando bölmələrinin şərti düşmən hədəflərini məhvetmə görüntüləri – VİDEO

Baxış sayı: 814 dəfə baxılıb.

Komando bölmələrinin şərti düşmən hədəflərini məhvetmə görüntüləri – VİDEO

2023-cü ilin döyüş hazırlığı planına əsasən, Əməliyyat (Komando) bölmələrində
atəş hazırlığı üzrə praktiki çalışmalar yerinə yetirilib.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, atıcı silahlardan, eləcə də döyüş maşınlarının ştat silahından
şərti düşmən hədəflərinin yerində və hərəkətdə məhv edilməsi üzrə tapşırıqlar
müvəffəqiyyətlə icra edilib.

Çalışmalarda əsas diqqət hərbi qulluqçuların silahlardan istifadə
bacarıqlarının artırılması və döyüş vərdişlərinin təkmilləşdirilməsinə
yönəldilib.

Komandolar qarşıya qoyulan tapşırıqları yüksək peşəkarlıqla yerinə yetirib.


Source link