74866468-3222-48a2-b786-bd7237e67eb5..jpg

Komando bölmələrinin təlimindən görüntülər – VİDEO

Baxış sayı: 521 dəfə baxılıb.

Komando bölmələrinin təlimindən görüntülər – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2023-cü ilin hazırlıq planına uyğun olaraq komando bölmələri ilə
taktiki-xüsusi təlim keçirilib.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Ssenariyə əsasən “Həyəcan” siqnalı ilə qaldırılan bölmələrə təxribat törətməyə
cəhd edən şərti düşmən qruplaşmasının zərərsizləşdirilməsi üzrə tapşırıqlar
verilib.

Ərazinin vizual müşahidəsi və hava kəşfiyyatının aparılması ilə şərti düşmən
obyekti qiymətləndirildikdən sonra onun hərbi texnikası pusquya salınıb,
qruplaşmanın üzvləri ələ keçirilib.

Meşəlik ərazilərdə keçirilən taktiki-xüsusi təlim zamanı qarşıya qoyulan bütün
tapşırıqlar yüksək peşəkarlıqla icra edilib.


Source link