81236ff2-2b6b-4fea-962c-66a2ccf76268..jpg

Komissiya sədri: “Ermənilərin törətdikləri vandalizmlə bağlı beynəlxalq təşkilatlara hesabat təqdim edəcəyik”

Baxış sayı: 490 dəfə baxılıb.

Komissiya sədri: “Ermənilərin törətdikləri vandalizmlə bağlı beynəlxalq
təşkilatlara hesabat təqdim edəcəyik”

“Füzulidə ermənilərin törətdikləri vandalizm aktı barədə beynəlxalq
təşkilatlara hesabat təqdim edəcəyik”.

Bunu “Report”a açıqlamasında İslam Əməkdaşlıq Təşkilatı Müstəqil Daimi İnsan
Hüquqları Komissiyasının (İƏT MDİHK) sədri Muhammad Laval Sulaiman bildirib.

“Bu gün Füzulidə gördüklərimiz sadəcə bir dəhşət idi. Bu, insanlıq əleyhinə
olan cinayətdir. Məzarlıqlar dağıdılıb, qəbirlər təhqir edilib. Burada həm də
onun şahidi olduq ki, müsəlman dini adətlərinə qarşı necə alçaldıcı hərəkətlər
edilib”, – komissiya sədri deyib.

M.Laval Sulaiman qeyd edib ki, dünyanın heç bir yerində insanların dini
inancları buradakı kimi təhqir edilməyib:

“Məsciddə müsəlmanların haram bildiyi donuzlar saxlanılıb. Bundan əlavə,
məsciddə çəkilən şeytan işarəsi İslam dininə qarşı olan qəbuledilməz təhqirdir.
Ölmüş insanların meyitlərinin təhqir olunması, onların ağızlarındakı qızıl
dişlərin çıxarılması kimi faktlar var. Bu, ümumiyyətlə, heç bir dinə sığmayan
vandalizm aktıdır”.

Source link