Komissiya sədri: Kiminsə adı seçici siyahısına düşməyə bilər

Komissiya sədri: Kiminsə adı seçici siyahısına düşməyə bilər

Baxış sayı: 3. 018 dəfə baxılıb.

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov Dövlət Statistika Komitəsi və adıçəkilən qurumun səs vermək hüququna malik vətəndaşların sayı ilə bağlı statistikası arasında iki milyon nəfərə qədər fərq olmasına aydınlıq gətirib. 

ÇıxışYolu.Com-ın xəbərinə görə, aprelin 10-da keçirilən mətbuat konfransında MSK sədri bildirib ki, Azərbaycanda vətəndaşın səs vermək hüququnu heç kim məhdudlaşdıra bilməz. 

Onun sözlərinə görə, istənilən şəxs səsvermə günü şəxsiyyət vəsiqəsini götürüb yaşadığı dairədəki məntəqədə səs verə bilər.

O deyib ki, kiminsə adı seçici siyahısına düşməyə bilər. 

“Ancaq Azərbaycanda vətəndaşın səs vermək hüququ mütləqdir.

Bunun demokratik, şəffaf seçkilərin təşkilinə kölgə salması imkanı yoxdur.

Mən dəfələrlə demişəm ki, bu məsələni qabardanların qohumlarından adı seçici siyahısında yoxdursa, biz onun adını məmnuniyyətlə seçici siyahısına sala bilərik.

Azərbaycanda MSK və Dövlət Statistika Komitəsinin statistikası arasında fərqin vətəndaşın səsvermə hüququnun təmin olunmasına heç bir təsiri yoxdur.

Ancaq bir sıra ölkələrdə adı seçici siyahısında olmayanların səs verməsinə icazə verilmir”, – deyə o əlavə edib.

www.ÇıxışYolu.Com