Milli Məclisin (MM) İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasının gündəliyinə doqquz məsələ salınsa da, sonda qanun layihələrindən biri müzakirələrdən çıxarılıb.
ÇıxışYolu.Com-ın xəbərinə görə, gündəlikdən çıxarılan sənəd “Standartlaşdırma haqqında” yeni – ikinci oxunuşda olan qanun layihəsidir.
Buna səbəb isə Standartlaşdırma, Metrologiya və Patent Üzrə Dövlət Komitəsinin ləğvidir.
Komitənin ləğv olunması yeni qanunun müzakirəsini təxirə salıb.
Kamil HƏMZƏOĞLU
www.ÇıxışYolu.Com