abecdc35-6fc8-4dc2-add5-6e3f24d89212..jpg

Komitə sədri Avstraliyada yaşayan azərbaycanəsilli musiqiçi ilə görüşüb – FOTO

Baxış sayı: 603 dəfə baxılıb.

Komitə sədri Avstraliyada yaşayan azərbaycanəsilli musiqiçi ilə görüşüb – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Diasporla İş üzrə Dövlət komitəsinin sədri Fuad Muradov Avstraliya İttifaqının
Melburn şəhərində fəaliyyət göstərən pianoçu Boris Quslister ilə görüşüb.

Komitədən verilən məlumata görə, qonağı səmimi salamlayan Komitə sədri
B.Quslisterin gələcəkdə Avstraliyada yaşayan Azərbaycan diasporunun
fəaliyyətinə töhfələr verəcəyini, oradakı Azərbaycan və yəhudi icmaları
arasındakı münasibətlərin gücləndirilməsində öz səylərini əsirgəməyəcəyini
əminliklə diqqətə çatdırıb.

Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş konsert
proqramında çıxış etmək üçün şəhərimizin qonağı olan B.Quslister Azərbaycana
səfərini təşkil etdiyi üçün Diasporla İş üzrə Dövlət Komitəsinə öz təşəkkürünü
bildirib. O, ilk dəfədir Azərbaycana gəldiyini və Bakının gözəlliyinə heyran
olduğunu, bundan sonra tez-tez ölkəmizə səfər edəcəyini və növbəti səfəri
zamanı mütləq Şuşaya gedəcəyini bildirib. “Bakı” adlı orkestr yaratmaq
istədiyini qeyd edən musiqiçi Avstraliyada həmin orkestrin çıxışı ilə geniş
konsert proqramı təşkil etmək istəyini də dilə gətirib.

Görüşdə Azərbaycanın Avstraliyadakı diaspor fəaliyyəti, keçirilən tədbirlər,
gələcəkdə mədəni sahədə həyata keçiriləcək layihələr və mədəni irsimizin
təbliğinin genişləndirilməsi ətrafında geniş fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, Boris Quslister 1952-ci ildə Bakıda anadan olub, orta və ali
təhsilini də burada alıb. 1979-1987-ci illərdə İsraildə yaşayıb və çalışıb.
Hazırda Avstraliya İttifaqının Melburn şəhərində yaşayır. ABŞ, Yaponiya,
Danimarka, Çex Respublikası, Slovakiya, İslandiya, Tayvan və bir çox ölkələrdə
konsert proqramları ilə çıxış edib.

Source link