Komitə sədri: “Bakının Baş planı hazırlanarkən Dubay və Vyananı müqayisə üçün
seçdik”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Bu Baş plan müstəqilik dövründə paytaxtın ilk Baş planıdır. Şəhər böyüyüb,
212 min hektardan çox ərazini, 59 qəsəbəni əhatə edir. Bu planın hazırlanması
zamanı bütün dövlət qurumları, bir çox özəl qurumlar iştirak edib”.
Cixisyolu.com xəbər verir ki, bunu Bakı Şəhər İcra Hakimiyyətində keçirilən Bakının
Baş planının təqdimatı mərasimində Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin
sədri Anar Quliyev bildirib.
Onun bildirib ki, Baş planın hazırlanmasında bütün nazirliklərin təmsil
olunduğu İşçi qrup yaradılıb:
“Baş planın vacib hədəfləri var. Bakı insanlar üçün daha rahat şəhərə
çevrilir. Lakin əvvəllər daha çox avtomobillər şəhərdə rol oynayırdı. Biz
Vyananı və Dubayı özünüzə müqayisə üçün seçdik. Bilirik ki, Dubayda piyada
hərəkəti üçün ciddi infrastruktur yaradılır. Vyana ictimai nəqliyyatdan rahat
istifadə olunan şəhərdir. Düşünərək, müqayisə apararaq biz Vyananı özünüzə
nümunəvi hədəf kimi götürdük”.
Könül Cəfərli