de055cb1-ba77-4d1d-bdb8-cea1d1ddbdc0.webp

Komitəyə erkən və qohumlararası nikaha nəzarətlə bağlı əlavə səlahiyyətlər verilib

Baxış sayı: 220 dəfə baxılıb.

Nazirlər Kabinetinin 2020-ci il 23 iyun tarixli 213 nömrəli Qərarı ilə təsdiq
edilmiş “Gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və
möhkəmləndirilməsi məqsədilə erkən nikahın və qohumlar arasında nikahın mənfi
nəticələrinə dair maarifləndirmə Qaydası”nda dəyişiklik edilib.

Cixisyolu.com xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar
imzalayıb.

Dəyişikliyə əsasən, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi “Dini etiqad
azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun 29-cu maddəsinə uyğun
olaraq dini təhsil müəssisələrinin proqramlarına erkən nikah və qohumlar
arasında nikahın mənfi nəticələrinə dair mövzular daxil edəcək, dini təhsil
müəssisələrində təhsilalanların, habelə din xadimləri tərəfindən gənclərin
erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair məlumatlılıq
səviyyəsinin artırılması üzrə tədbirlərin həyata keçirilməsini təşkil edəcək.

Yerli icra hakimiyyəti orqanları gənclərin erkən nikahın və qohumlar arasında
nikahın mənfi nəticələrinə dair məlumatlılıq səviyyəsini artıran tədbirlər
keçirəcək.

Source link