Kommersiya banklarının Mərkəzi Banka borcu 50 faizə yaxın azalıb

Kommersiya banklarının Mərkəzi Banka borcu 50 faizə yaxın azalıb

Baxış sayı: 2. 971 dəfə baxılıb.

Bu il martın 1-nə Azərbaycanda fəaliyyət göstərən bankların cəmi aktivləri 28,5 mlrd. manat, cəmi öhdəlikləri isə 24,6 mlrd. manat təşkil edib.

ÇıxışYolu.Com Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir ki, sektorun balans kapitalı 3,9 mlrd. manat, əhalinin əmanətləri isə 7,7 mlrd. manat olub. 

2018-ci ilin fevral ayı ərzində bank sektorunun aktivləri 1,2% (329 mln. manat), öhdəlikləri 1% (246 mln. manat), kapitalı isə 2,2% (83 mln. manat) artıb.

Banklarının Mərkəzi Bank qarşısında öhdəliyi hesabat dövrünə 497,5 mln. manat təşkil edib. Bu, illik müqayisədə isə 42,5% azdır. 

Bank sektorunun xalis mnfəəti 141,3 mln. manat təşkil edib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2,8 dəfə çoxdur. 

.
www.ÇıxışYolu.Com