fdcbc35b-a671-4853-9e87-c2414227a6d6..jpg

Kompensasiya sülh müqaviləsində əksini tapacaq? – VİDEO

Baxış sayı: 758 dəfə baxılıb.

Kompensasiya sülh müqaviləsində əksini tapacaq? – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ermənistanın Azərbaycana təzminat ödəməsi mövzusu İkinci Qarabağ
müharibəsindən sonra ən aktual məsələlərdən biridir. Yerli və xarici
ekspertlərin araşdırmalarından məlum olub ki, Ermənistanın Azərbaycana vurduğu
ziyan milyardlar dəyərindədir. Beynəlxalq hüquqda da təcavüzkar ölkənin vurduğu
ziyanın ödənilməsi ilə bağlı bir sıra norma və prinsiplər mövcuddur.

Ancaq ölkəmizə qarşı aparılan qərəzli siyasət təzminat məsələsinin
reallaşmasına imkan verməyib. Bununla belə, sülh müqaviləsi imzalanacaqsa,
həllini tapmayan məsələlərin sazişdə əksini tapması mütləqdir.

Bəs belə olan halda təzminatın ödənilməsi həm də sülh müqaviləsinin tərkib
hissəsi kimi nəzərdən keçirilə bilərmi?

“Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyinin sədri Ramil İskəndərli
bildirib ki, təzminatın ödənilməsi iki ölkə arasında hər hansısa razılaşma ilə
həll oluna bilər:

“Məsələ mübahisəli olduqda isə hansısa beynəlxalq məhkəmənin qərarı ilə həll
olur. Lakin biz görürük ki, beynəlxalq təcrübədə məhkəmələr heç də həmişə
obyektiv olmur. Bu isə təzminat məsələsinin sülh müqaviləsində öz əksini
tapmağa üstünlük verməyə vadar edir”.

Ətraflı Baku TV-nin süjetində:


Source link