8ecd5e51-14b6-4195-b497-2eb1fbe2b0dc..jpg

Konfrans Liqası: İlk finalçı məlum oldu – VİDEO

Baxış sayı: 547 dəfə baxılıb.

Konfrans Liqası: İlk finalçı məlum oldu – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

UEFA Konfrans Liqasının yarımfinal mərhələsinin cavab oyununda Belçikanın
“Brügge” və İtaliyanın “Fiorentina” klubları qarşılaşıblar.

Cixisyolu.com xəbər verir ki, Brüggedəki Yan Breydel stadionundakı matçı türkiyəli
referi Halil Meler idarə edib.

Matçın 20-ci dəqiqəsində meydan sahibləri hesabda önə keçiblər. Müdafiəçi
Maksim De Kuyper fərqlənib. Lakin qarşılaşmanın sonlarında – 85-ci dəqiqədə
qonaqlar hesabı bərabərləşdirməyə nail olublar. “Fiorentina”nı finala çıxaran
qola penaltidən Lukas Beltran imza atıb – 1:1 (3:4).

Xatırladaq ki, İtaliyada keçirilən ilk oyunda “Fiorentina” 3:2 hesabı ilə
qalib gəlib.

Qeyd edək ki, 1/2 final mərhələsinin digər görüşündə Yunanıstanın “Olimpiakos”
və İngiltərənin “Aston Villa” klubları üz-üzə gələcəklər. İlk oyunda yunan
klubu səfərdə rəqibini 2:4 hesabı ilə darmadağın edib.

Source link