1e036df0-2e7e-4f9d-9183-350098eeb426..jpg

Konfrans Liqası: “Sabah” növbəti mərhələdə kimlə qarşılaşacaq? – YENİLƏNİB + VİDEO

Baxış sayı: 613 dəfə baxılıb.

Konfrans Liqası: “Sabah” növbəti mərhələdə kimlə qarşılaşacaq? – YENİLƏNİB +
VİDEO

“Sabah” UEFA Konfrans Liqasının III təsnifat mərhələsində Serbiyanın
“Partizan” klubu ilə qarşılaşacaq.

Matçlar 10 – 17 avqust tarixlərində keçiriləcək. İlk oyun “Bank Respublika
Arena”da baş tutacaq.

21:58

“Sabah” doğma meydanda geridönüşə nail olub. Paytaxt təmsilçisinin heyətində
qarşılaşmanın əsas vaxtına əlavə edilmiş 5-ci dəqiqədə E.Apeh fərqlənib. Görüş
təmsilmimizin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Beləliklə ilk oyunda da rəqibinə səfərdə 2:0 hesabı ilə qalib gələn Azərbaycan
təmsilçisi UEFA Konfrans Liqasında növbəti mərhələyə vəsiqə qazanıb.

21:40

Bakıda UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyununda “Sabah”
və RFŞ klubları üz-üzə gəlirlər. Təmsilçimiz 67-ci dəqiqədə hesabda geri düşsə
də, cəmi 10 dəqiqə sonra hesaba tarazlıq gətirə bilib. 77-ci dəqiqədə J.Mikels
fərqlənib.

21:30

Bakıda UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyununda “Sabah”
və RFŞ klubları üz-üzə gəlirlər. Qarşılaşmanın 34-cü dəqiqəsində meydanda
azlıqda qalan qonaqlar 67-ci dəqiqədə J.İkaunieksin qolu ilə önə keçiblər.

21:07

Bakıda UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyununda “Sabah”
və RFŞ klubları üz-üzə gəlirlər. Hazırda qarşılaşmanın ikinci hissəsi start
götürüb. İlk hissədən sonra qapılara qol vurulmayıb.

20:01

Bakıda UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyununda “Sabah”
və RFŞ klubları üz-üzə gəlirlər. Qarşılaşmanın hakiminin start fiti ilə oyun
başlayıb.

19:12

Bakıda UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyununda üz-üzə
gələcək “Sabah” və RFŞ klublarının start heyətləri açıqlanıb.

Avropa futbol qurumunun rəsmi saytında verilən məlumata görə, komandalar
meydana aşağıdakı “11-lik”lərlə çıxacaqlar:

“Sabah”: 1. Yusif İmanov, 2. Amin Seydiyev, 3. Con İrasabal, 4. Elvin Camalov,
7. Boyan Letiç, 10. Aleksey İsayev, 12. Vinsent Till, 15. Kristian da Silva,
18. Davit Volkov, 20. Coy Lens Mikels, 44. Sofian Çakla
Ehtiyat oyunçular: 16. Rustam Samiqullin, 55. Nicat Mehbalıyev, 5. Rəhman
Daşdəmirov, 6. Şakir Seyidov, 9. Anatoli Nuriyev, 17. Tellur Mütəllimov, 19.
Emmanuel Apeh, 21. İldar Alekperov, 24. Maruan Hadudi, 27. Jarl Marqarita, 29.
Ceyhun Nuriyev, 77. Namik Ələskərov

Baş məşqçi: Murad Musayev

RFŞ: 13. Yevgeni Neruqal, 3. Artur Zyuzin, 9. Yanus İkauniyeks, 10. Emerson,
11. Roberts Savaļniyeks. 19. Andrey İliç, 23. Herdi Prenqa, 25. Pyotr Mareş,
27. Adam Marxiyev, 43. Jiqa Lipuşçek, 52. Martsis Oş
Ehtiyat oyunçular: 1. Pavel Şteynbor, 16. Sergey Vilkovs, 2. Vladislav
Sorokin, 7. İsmael Diomande, 8. Daniels Ontujans, 17. Sedrik Kuadio, 18. Dmitri
Zelenkov, 22 Darko Lemayiç, 70. Draqolyub Saviç, 92. Vitali Yaqodinski, 99.
Qleb Zaleyko

Baş məşqçi: Viktor Moroz

Qeyd edək ki, bu gün Masazırdakı “Bank Respublika Arena”da keçiriləcək görüş
saat 20:00-da başlayacaq.

Source link