Konor Makqreqorun uzun müddətdən sonra UFC-də döyüşə çıxacağı vaxt açıqlanıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Mütləq Döyüş Çempionatının (UFC) 2 çəki dərəcəsi üzrə sabiq çempionu Konor
Makqreqor 2024-cü ilin yayında oktaqona çıxa biləcək.
Bu barədə UFC-nin prezidenti Deyna Uayt “Adam’s Apple” nəşrinə müsahibəsində
bildirib.
O, dünən 35 yaşlı irlandiyalı idmançı ilə danışdığını söyləyib:
“Konor hazırdır və döyüşmək istəyir. Lakin hələlik 6 ay gözləməli olacaq. Onu
2024-cü ilin yayında yenidən döyüşlərdə görə bilərik”.
Qeyd edək ki, Konor Makqreqor 2021-ci ildə ABŞ-dən olan Dastin Porye ilə
görüşdə ciddi zədə alıb.
Mənbə: Fighttime.ru