795e8f1a-2b50-4cef-ac82-37c2dd0ba253..jpg

Konqres ABŞ-də “TikTok” qadağasını təsdiqlədi

Baxış sayı: 777 dəfə baxılıb.

Konqres ABŞ-də “TikTok” qadağasını təsdiqlədi
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ Konqresinin Nümayəndələr Palatası ölkədə “TikTok” sosial şəbəkəsinin
mümkün qadağası ilə bağlı qanun layihəsini dəstəkləyib.

Təşəbbüsün məqsədi platformanın Çin tərəfindən idarə olunan istənilən qurum, o
cümlədən hazırda “TikTok”a sahib olan “ByteDance” şirkətilə əlaqələrini
kəsməkdir.

Konqresin aşağı palatasının 352 üzvü qanun layihəsinin lehinə, 65 konqresmen
isə əleyhinə çıxış edib.

Qanunvericilər sosial şəbəkəni satmaq üçün “ByteDance”a altı ay vaxt verməyi
təklif edirlər, əks halda “TikTok” ABŞ-də qadağan edilə bilər.

Konqres həmçinin gələcəkdə hər hansı “düşmən tərəfindən idarə olunan
tətbiqlər” üçün eyni məhdudlaşdırıcı tədbirlərin tətbiqini təklif edib.

Daha sonra təşəbbüs baxılması üçün ABŞ Senatına göndərilib. Qanun layihəsi
qanunvericilər tərəfindən təsdiqlənərsə, Prezident Bayden onu imzalayacaq.

Mənbə: TASS

Source link