Konqresmenlərin fikrini dəyişdirən “ağır artilleriya”

Konqresmenlərin fikrini dəyişdirən “ağır artilleriya”

Baxış sayı: 2. 009 dəfə baxılıb.

Konqresmenlərin fikrini dəyişdirən “ağır artilleriya”

window._ttzi = 161;var script = document.createElement(“script”);script.src = “https://adviad.com/nativevideo/get_ads.js?=”+(Math.floor(Math.random() * 100000000) + 1);script.async = true;(document.body || document.head || document.documentElement).appendChild(script);script.onload = function(){script.parentNode.removeChild(script);};

Kubra Məhərrəmova yazır…

Oktyabırın 29-da ABŞ Nümayəndələr Palatasında “erməni soyqırımı”nın tanınması ilə bağlı qətnamə qəbul edilib. Elə orada da konqres Trampdan Türkiyəyə qarşı sanksiyaların tətbiq olunmasını tələb edib. Sanksiyanın tətbiq olunması üçün səbəb kimi Türkiyənin Suriyada kürdlərə qarşı apardığı antiterror əməliyyatı qeyd olunub.

“Erməni soyqırımı”nın tanınması ilə bağlı çıxış edənlərdən biri bildirib ki, biz tarixi ədalətin bərəqrar olması üçün hər şey etməliyik. Ədalət dedikləri isə Türkiyənin Rusiyadan aldığı hərbi texnikadır. Açıq-açığına bildiriblər ki, necə ola bilər ki, NATO-da ABŞ-ın əsas müttəfiqi olan Türkiyə silahı Rusiyadan alsın.

Uzun sözün qısası, ABŞ Türkiyədən inciyən kimi ata evinə gedən arvad kimi addımlar atır. Vaxtaşırı qondarma “erməni soyqırımını” da atır ortalığa. Bir müddət Türkiyənin hissləriylə oynayıb, yenə qayıdır “ər evinə”. 

Müşahidəçilər deyir ki, bu qətnamənin belə tez-bazar ortalığa atılması yaman maraqlıdır.  

Məlumat verim ki, qanun layihəsinin qəbuluna erməni mənşəli amerikalıları təmsil edən ən böyük iki qrup – Amerika Erməni Milli Komitəsi və Amerika Erməni Məclisi tərəfindən dəstək verib.

Və ən maraqlı məqam  – erməniləri iki nüfuzlu yəhudi təşkilatı – Amerika Yəhudi Komitəsi və Defamamiya Liqası dəstəkləyib.

Çox böyük ehtimal ki, bu qətnamənin belə qaça-qaçla qəbul edilməsində yəhudilərin çox böyük dəstəyi var. Yəni biləsiz ki, ermənilər tək başına bu işin öhdəsindən gələ bizməzdilər. Amma ağır artileriya köməyə gəldi. 

Kimdir ağır artileriya? 

Ağır artileriya isə ermənilərin dediyinə görə, Kim Kardaşyandır. “Google”da yazın, məlumat çıxacaq. Sən demə bu məsələ bişəndə Kim özü ağır artileriyasını da vurub qoltuğuna gedib bir-bir konqressmenlərlə görüşüb.

Və onlara anladıb ki, qardaşlar, bu, çox şəxsi məsələdir. Biz birləşib bu məsələni dünyaya çatdırmalıyıq. İndi hansı konqerssmenə nə kimi təsir edib, onu bilmirəm.

Fakt qız əməlli əziyyət çəkib. Əgər səsvermənin lehinə və əleyhinə olanlara göz atsaq, dəqiq bilərik. Səsvermə isə belə olub, 435 konqressmendən 405-i lehinə, 11-i isə əleyhinə səs verib.

Kim hər bir konqressmenlə görüşməyə bir gün ayırsaydı, 405 gün sərf edəcəkmiş bu layihəyə. Bəlkə qrup şəkilində görüşüb ki, oktyabrın 29-a çatdırsın məsələni.

Adamın üstündə erməni kilsəsi var, çatdırıb da. 

Amma bizim “Kimlərə” desən sən canı, gələ bu 5 manatı get sən də konqressmenə tarixi məsələlər barədə təsir elə, deyəcək pul azdır, üstünü düzəlt. Onsuz da işim ağırdır, hələ bir “Tarix Nadiri” də oxumalıyam. 

Yəni qardaşlar, elə məsələlər var ki, burada hamı bacardığını ortaya qoymalıdır. Necə ki, Kim ortalığa qoydu və nəticə göz qabağındadır.  

Haşiyə

Ümumiyyətlə, ermənilər hər zaman daha böyük birlik və əzmkarlıq göstəriblər. Erməni üçün dəxli yoxdu hansı yolla, əsas nəticədir. Tarix boyu da bu yolla istədiklərinə nail olublar. 

Vallah biz, çox yaxşı adamlarıq. Amma ki, birliyimiz yoxdur. Özümüz özümüzü yeyirik. Dükanda, bazarda, küçədə, meydanda. 

Məsələn bizim qızlardan biri Türkiyədə, Rusiyada klipə, filmə çəkilən kimi biz: “atası peysərdi bunun, qardaşı da” kimi sözlər yazıb özümüzü biabır edəcəyik.

Amma erməni köpəyuşağı pornoulduzuna “fəxrimsəm, anamsan, ürəyimsən” deyir. Yəni fərqimiz budur.  

Bizim idmançı uşaqlar erməniləri idman yarışlarında “böyrü üstə qoymaqdan” yoruldular.

Amma bizim o uşaqlara dəstəyimiz nə qədərdir? Hansımız öz sosial səhifəmizdə həmin uşaqlara dəstək oluruq.

“Gucci”nin simanı olan erməni qızını isə (itə də oxşamır, haykanuşun canı üçün) dünyanın hər yerində olan ermənilər öz səhifələrində paylaşıb, təbrik etdilər.

Yəni vəziyyət belədir, qardaşlar. Bir balaca mehriban və təəssübkeş olsaq, yaxşı olar. 

Sonda

Türkiyə prezidenti Recep Tayyip Erdoğan “erməni soyqırımı”nın tanınması ilə bağlı qətnaməni “tanımadığını” bildirib.

“ABŞ ictimaiyətində ölkəmizə qarşı olan vəziyyətdən istifadə edilərək keçirildi. Fürsətçilik edildi. Bütün dünyaya səslənirəm, bu atılan addımın heç bir qiyməti yoxdur, bunu tanımırıq. Özləri çalıb, özləri oynayırlar”.

“Atılan böhtanın bir ölkə parlamentində qəbul edilməsindən təəssüfləndiklərini” deyən Erdoğan əlavə edib: “Dedik ki, bu tarixçilərin işidir. Bu iş arxeoloqların işidir. Gəlin, onları bu işə cəlb edək. Bu işə siyasi don geydirilməsin”. 

Amma heç kimə tarixi faktlar maraqlı deyil. Çünki ikiüzlü gödəkçə kimi gah o yana, gah da bu yana çevirib gah qırmızı, gah da göy üzü göstərmək lazımdır.

Tarixi faktlar isə araşdırılsa, “erməni soyqırımı”nın bir qəpiklik qiyməti qalmayacaq və bu təzyiq aləti öz dəyərini itirəcək.

Milyonlarla pullar xərclənən bu şou pulsuz qalacaq. Amma truppa çörək yeməlidir, bahalı avtomobillərdə gəzməlidir. Ssenari müəllifi və baş rejissor “Oskar” almalıdır. Ona görə də hər il “efirə” çıxarılan “erməni soyqırımı” şousu sponsorları cəlb etməkdə inadlıdır.