Konsertdə FACİƏ: Braziliyalı musiqiçi səhnədə mahnı oxuduğu zaman öldü –
FOTO/VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Braziliyada konsert zamanı faciə baş verib. Belə ki, 30 yaşlı ifaçı Pedro
Enrike səhnədə qəfildən ölüb.
Məlumata görə, müğənni portuqal dilindən tərcümədə “Çox gözəl olacaq” mənasını
verən “Vai Ser Tao Lindo” mahnısını ifa edərkən gözlənilmədən ayaqları boşalıb
və tarazlığını saxlaya bilməyərək yıxılıb. Pərəstişkarları dərhal onun köməyinə
qaçıblar.
Enrike xəstəxanaya aparılsa da, həkimlər onun genişsahəli infarktdan öldüyünü
elan ediblər.
Pedro Enrike Braziliya gospeli (Yevangeliya mətnlərinə əsaslanan ruhani musiqi
janrı) janrında mahnılar və xristian ilahiləri ifa edirdi.
“Xristian musiqisinin seqmenti matəmdədir. Cənnət şərəfli oğlunu salamlayır:
Pedro Enrike! Tezliklə görüşənədək, əziz qardaş! Tezliklə görüşənədək!” – deyə
Enrikenin işlədiyi səsyazma şirkətinin bəyanatında deyilib.
Mənbə: Sargrad TV