9d4a7b51-97ec-40f9-bf2a-303f27f71f04..jpg

Konsertdə Stalinlə zarafat etdi, “KQB”yə aparıldı: Lütfəli Abdullayev haqqında bilinməyənlər – VİDEO

Baxış sayı: 546 dəfə baxılıb.

Konsertdə Stalinlə zarafat etdi, “KQB”yə aparıldı: Lütfəli Abdullayev haqqında
bilinməyənlər – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli AzTV-də yayımlanan “Görüş
yeri” verilişində Azərbaycan SSR Xalq artisti Lütfəli Abdullayev haqqında
danışıb.

O, verilişdə L.Abdullayevlə bağlı maraqlı və məzəli əhvalat danışıb.

“Moskvada Azərbaycan mədəniyyəti günləri keçirilirdi. SSRİ lideri İosif
Stalinin iştirak etdiyi tədbirdə Azərbaycan SSR xalq artisti Lütfəli Abdullayev
opera teatrının xor heyətinin üzvü kimi ifa edib. Konsert bitəndə Stalin
incəsənət nümayəndələrini alqışlayıb. Stalini görmək üçün səhnədə olanlar
salona tərəf irəliləyiblər. Stalin solistlərin və xorun orkestrin üzərinə
düşəcəklərindən ehtiyat edib, onlara əl işarəsi ilə geri çəkilmələrini istəyib.
Bakıya dönən kimi Lütfəli Abdullayevi “KQB”yə çağırıblar”, – deyə F.Bədəlbəyli
bildirib.

Videoda bu barədə daha ətraflı məlumat əldə edə bilərsiniz:


Source link