27a47b10-8b03-4328-b0e8-19993965e067..jpg

Kontedən futbolçulara görülməmiş cəza

Baxış sayı: 849 dəfə baxılıb.

Kontedən futbolçulara görülməmiş cəza

“Tottenhem”in sabiq baş məşqçisi Antonio Kontenin futbolçulara verdiyi sərt
cəza üzə çıxıb.

İtalyan mütəxəssis yanvarda komandanı bağlı qapılar arxasında saxlayıb. Bu,
London təmsilçisinin “Aston Villa”, “Arsenal” və “Mançester Siti”
məğlubiyyətlərinin də daxil olduğu uğursuz dövrdən sonra baş verib. Çalışdırıcı
futbolçuları paltardəyişmə otağına toplayıb. Daha sonra o, qapını kilidləyərək,
özü oradan gedib, oyunçuları zəif performansın səbəbləri barədə düşünməyə vadar
edib.

Komanda üzvləri müzakirələrdən sonra uğursuz nəticələrin müdafiə futbolu ilə
əlaqəli olması qənaətinə gəliblər. Onlar baş məşqçidən daha çox hücuma üstünlük
verməyi tələb ediblər. Bu hadisədən sonra “Tottenhem” ardıcıl üç oyunda qələbə
qazanıb.

Xatırladaq ki, Konte martın 26-da istefaya göndərilib.

Mənbə: “La Gazzetta dello Sport”

Source link