Könül Kərimova məhkəmədə: 32 min manat pul verdim

Könül Kərimova məhkəmədə: 32 min manat pul verdim

Baxış sayı: 2. 936 dəfə baxılıb.

Könül Kərimova məhkəmədə: 32 min manat pul verdim

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Məlahət Məmmədovanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. 

ÇıxışYolu.Com-ın məlumatına görə, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş şəxs qismində müğənni Könül Kərimova ifadə verib.

O deyib ki, M.Məmmədova özünü Təhsil Nazirliyinin əməkdaşı kimi təqdim edib. K. Kərimova oğlu Rəşadı Rusiyada universitetə qəbul etdirmək üçün M. Məmmədovaya 32 min manat pul verib: 

“Sonra nədənsə bu iş alınmadı. Məlahət verilən puldan 11 min manat geri qaytardı”.

Müğənni ifadəsinin sonunda ona vurulan ziyanın ödənilməsini tələb edib. 

Proses sentyabrın 19-na təyin edilib. 

Etibar Məmmədov
www.ÇıxışYolu.Com