Könül Kərimova: “Yadınızda saxlayın, bu şeylər məni incitmir, ləzzət edir”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Oğlumu evləndirmək üçün qız axtarıram. Bu haqda nəsə deyəndə dilimin bəlasına
düşürəm. Başlayırlar ağızlarına gələni yazmağa, müzakirə etməyə. Bu şeylər məni
incitmir. Yadınızda saxlayın, mənə ləzzət edir. Çünki bilirəm ki, ürəyiniz
partlayır. Biz bax, bu zəmanəyə gəlib çatmışıq. Orada axı nə qəbahət var? Hansı
qayınana deyər ki, çirkin gəlin axtarıram? Arzu edəndə deyirsən ki, kaş gözəl,
ağıllı gəlinim olardı. Başa düşə bilmirəm ki, burada qəbahət nə var?”.
Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Könül Kərimova verilişlərin
birində deyib. Sənətçi insanları çirkinlikdə gözəllik axtarmamağa çağırıb:
“Bu söhbətlər mənə toxunmur, gülməli bir şeydir. Yazırlar ki, “Könül özü guya
gözəl olub ki?” Bəli, özüm gözəl olmamışam, ona görə də gözəl gəlin axtarıram.
Heç dəxli var? Başa düşmədim kimi axtarmalıyam ki? Ay adamlar, ona görə də
çirkinlikdə gözəllik axtarmağı bacarın, gözəllikdə isə çirkinlik axtarmayın.
Nəyi axtararsınızsa, o da sizi gəlib tapacaq. Bunu isə əminliklə deyirəm”.
Sənətçi övladı üçün hələlik heç bir qapıya elçi düşmədiyini bildirib:
“Əlbəttə ki, oğlum Rəşad üçün döymək istədiyim bir qapı var. Amma indi o dövr
deyil. Birinci oğlumun ürəyincə biri olmalıdır. Qızın ağılı, kamalı, gözəlliyi
öz yerində olmalıdır. Hər zaman deyirdim ki, “Ulduz” filmində olan baş rolu
canlandıran Ulduz kimi oğlum üçün qız istəyirəm. Elə qız tapa bilmirəm. Amma
çox təəssüflər olsun ki, bəzən həyat çox yanlış insanlarla qovuşdurur”.