Könül Kərimovanı aldadanın məhkəməsində şöbə rəisi ifadə verdi

Könül Kərimovanı aldadanın məhkəməsində şöbə rəisi ifadə verdi

Baxış sayı: 3. 008 dəfə baxılıb.

Könül Kərimovanı aldadanın məhkəməsində şöbə rəisi ifadə verdi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Məlahət Məmmədovanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. 

ÇıxışYolu.Com-ın məlumatına görə, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş şəxs qismində qismində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax rayon şöbəsinin rəisi Rəsul Quliyev ifadə verib. 

O deyib ki, M.Məmmədova ondan 113 min məbləğində pul alıb:

“Bu pulu işə düzəltmək adı ilə alıb. Sonra verilən pul mənə qaytarıldı. Buna görə hər hansı şikayət və tələbim yoxdur”. 

Qeyd edək ki, M.Məmmədova dələduzluqda təqsirli bilinir. O, bir neçə şəxsin etibarından sui-istifadə edərək, ümumilikdə, 300 minə yaxın pulu dələduzluq yolu ilə ələ keçirib.

Cinayət işində zərəçəkən qismində üzrə Azərbaycanın əməkdar artisti, müğənni Könül Kərimova da var.

İttiham aktına əsasən, M.Məmmədova müğənninin oğlu Rəşad Rəhimovu Rusiya universitetlərindən birinə qəbul etdirib, daha sonra Azərbaycan Dövlət İqtisad Universitetinə köçürülməsini təmin edəcəyini vəd edib. O, bu işə görə K.Kərimovadan ümumilikdə, 32 min manat pul alıb. Lakin sonradan verdiyi vədə əməl etməyib.

M.Məmmədova Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda) maddəsi ilə ittiham edilir.

Etibar Məmmədov
www.ÇıxışYolu.Com