c5ea4f47-44dc-4bb9-86fe-9b65d8a01e11..jpg

“Konyaspor” Mahir Emreliyə görə cərimə ödəyəcək

Baxış sayı: 1. 027 dəfə baxılıb.

“Konyaspor” Mahir Emreliyə görə cərimə ödəyəcək

Türkiyənin “Konyaspor” klubu 6 futbolçusuna görə cərimə ödəyəcək.

Cixisyolu.com xəbər verir ki, buna həmin oyunçuların Super Liqanın XXVI turunda
“Qalatasaray”a oyunda (2:1) sarı vərəqə almaları səbəb olub.

Komandanın bir köməkçi məşqçisi də etiraza görə qırmızı vərəqə aldığından klub
cərimə ödəməli olacaq. “Konyaspor”, həmçinin, qarşılaşma zamanı meydançada
yaşanan qalmaqal səbəbindən də cəzalandırılacaq.

“Qalatasaray”la matçda sarı vərəqə alanlardan biri Azərbaycan millisinin üzvü
Mahir Emrelidir. 79 dəqiqə meydanda olan hücumçu 15-ci dəqiqədə xəbərdarlıqla
üzləşib.

Source link